İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahian ilə görüşüb.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Gürcüstan hökumətinin başçısını nümayəndə heyəti ilə birlikdə öz iqamətgahında qəbul edib.
Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, investisiya və iqtisadi əlaqələrin dərinləşdirilməsinin müsbət dinamikasına toxunulub. Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti Birləşmiş Ərəb Əmirliklərindən həyata keçirilmiş investisiyaları və nəhəng developer, logistika şirkətlərinin Gürcüstana investisiya qoymaq baxımından marağını təqdir edir.
Bu kontekstdə “AD Ports Group”un 2025-ci ildə rəsmi açılışı planlaşdırılan Tbilisinin Quru Limanı layihəsinə böyük sərmayəsi, eləcə də nəhəng developer şirkəti “EMAAR” ilə danışıqların uğurla başa çatması qeyd olunub, nəticədə Gürcüstana çox milyard dollarlıq investisiya qoyulacaq. Gürcüstan hökuməti strateji logistika və nəqliyyat layihələrində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Əbu-Dabinin Dövlət İnvestisiya Şirkəti ilə danışıqların davam etdirilməsində maraqlı olduğunu bildirib. Həmçinin, görüşdə regiondakı çağırışlar və sabitliyin xüsusi əhəmiyyətinə diqqət yönəldilib. Gürcüstanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Gürcüstana rəsmi səfərə dəvət edib.
Məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayır.