İrakli Kobaxidze – Bir neçə ölkənin lideri ilə müxtəlif məsələlər, o cümlədən Gürcüstandakı vəziyyət barədə danışmaq imkanım oldu. Belə söhbətlər üçün bu cür formatlardan maksimum istifadə edirik
“Bizim üçün kosmos məsələləri ilə bağlı keçiriləcək beynəlxalq sammitdə müxtəlif fikirləri dinləmək vacibdir ki, gələcəkdə ölkə bütün məsələlərlə bağlı düzgün mövqe formalaşdırsın və müvafiq qərarlar qəbul etsin”, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Kobaxidze kosmos məsələləri ilə bağlı keçiriləcək ilk beynəlxalq sammitə dəvətə görə Fransa Prezidenti Emmanuel Makrona təşəkkür edib.
“Sammit qlobal təhlükəsizlik baxımından mühüm mövzuya həsr olunub. Gürcüstan müxtəlif beynəlxalq platformalarda müvafiq qərarların qəbulunda iştirak edir. Bu baxımdan, bizim üçün sammitdə müxtəlif fikirləri dinləmək vacibdir ki, gələcəkdə ölkə bütün məsələlərlə bağlı düzgün mövqe formalaşdırsın və qərarlar qəbul etsin. Bu sammitə dəvətə görə Fransa Prezidenti Emmanuel Makrona böyük təşəkkürümü bildirmək istəyirəm.
Dünən də bir neçə ölkənin lideri ilə müxtəlif məsələlər, o cümlədən Gürcüstanda mövcud vəziyyət barədə danışmaq imkanım oldu. Təbii ki, bu cür söhbətlər üçün belə formatlardan maksimum istifadə edirik”, – deyə İrakli Kobaxidze bildirib.