İrakli Kobaxidze - Bir neçə bölgəyə güclü qar yağıb, maksimum səfərbərlik mövcuddur və növbəti günlər ərzində də əhalinin maksimum qayğısına qalmağımız üçün bütün tədbirlər görüləcək
İrakli Kobaxidze - Bir neçə bölgəyə güclü qar yağıb, maksimum səfərbərlik mövcuddur və növbəti günlər ərzində də əhalinin maksimum qayğısına qalmağımız üçün bütün tədbirlər görüləcək

 
Bir neçə bölgəyə güclü qar yağıb və təbii fəlakətin nəticələri ilə mübarizə aparmaq və əhalinin mənafeyinin maksimum dərəcədə qorunmasının qayğısına qalmaq üçün bütün qurumları tam səfərbər etmək lazımdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında açıqlayıb.

O bildirib ki, bu gün olduğu kimi, növbəti günlərdə bütün lazımi tədbirlər görüləcək.

“Bir neçə bölgəyə güclü qar yağıb və təbii fəlakətin nəticələri ilə mübarizə aparmaq və əhalinin mənafeyinin maksimum dərəcədə qorunmasının qayğısına qalmaq üçün bütün qurumları tam səfərbər etmək lazımdır. Bu gün də maksimum səfərbərlik mövcuddur və güclü qarla əlaqədar növbəti günlər ərzində də əhalinin maksimum qayğısına qalmağımız üçün bütün tədbirlər görüləcək” – baş nazir bildirib.