İrakli Kobaxidze - Bir il ərzində ilk dəfə radikallar küçəni bağlaya bilmədilər, bu o deməkdir ki, yeni qanun qüvvəyə minməyə başlayıb
İrakli Kobaxidze - Bir il ərzində ilk dəfə radikallar küçəni bağlaya bilmədilər, bu o deməkdir ki, yeni qanun qüvvəyə minməyə başlayıb

 

Bir il ərzində ilk dəfə radikallar küçəni bağlaya bilmədilər, bu o deməkdir ki, yeni qanun qüvvəyə minməyə başlayıb – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Hökumət başçısı bildirib ki, Gürcüstanda radikalizm sona qədər çökməlidir, çünki 50 radikal 3 700 000 insana qarşı zorakılıq edə bilməz.

“Bir il ərzində ilk dəfə radikallar küçəni bağlaya bilmədilər. Bu o deməkdir ki, yeni qanun qüvvəyə minməyə başlayıb. Əlbətdə, rahatlamamalıyıq, diqqətlə işləməyə davam etməliyik. Son nəticədə ölkəmizdə radikalizm sona qədər çökməlidir. 50 radikal 3 700 000 insana qarşı zorakılıq edə bilməz. Qanunvericilik buna qarşı qüvvəyə mindi və görürük ki, yeni qanun effektiv şəkildə işləməyə başladı” – baş nazir bildirib.