İrakli Kobaxidze bildirib ki, parlamentdə müvafiq şəxslərin dindirilməsi aparılır ki, əlavə qiymət artımına nə səbəb olduğu, harada və nə qədər qiymətlərin endirilməsi imkanının olduğu müəyyən edilsin. Biz hesab edirik ki, bu proses nəticə verəcək
“Cəmiyyət izləyir, proseslər necə inkişaf edəcək. Artıq parlamentdə müvafiq şəxslərin dindirilməsi aparılır ki, əlavə qiymət artımına nə səbəb olduğu və harada, nə qədər qiymət endirim imkanının olduğu müəyyən edilsin”, – bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə parlamentin qida məhsulları, dərmanlar və yanacağın qiymət strukturlarını araşdıran müvəqqəti komissiyasının işinə dair açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, bu proses nəticə verəcək.
“Biz hesab edirik ki, bu proses nəticə verəcək. Müvafiq məlumatların təhlilindən sonra artıq tədbirlərə keçəcəyik. Qanunvericiliyə dəyişikliklər etməyi istisna etmirik. Həmçinin alternativ mexanizmlərdən istifadə, məsələn, alternativ şəbəkələrin təşviqi və s. Bu bütün tədbirlər nəticə verəcək və biz uzunmüddətli nəticələr əldə etməyi, yəni qiymətlərin uzunmüddətli sabitliyini təmin etməyi nəzərdə tuturuq”, – deyə baş nazir bildirib.