İrakli Kobaxidze bildirib ki, ölkəmizdə işsizliyin 5 faiz səviyyəsinin altına düşməsi üçün hər şey edilməlidir ki, bu da tamamilə realdır
“Ötən ilin dördüncü rübündə işsizlik göstəricisi 3,3 faiz təşkil edib ki, bu da rüblük kəsimdə rekord aşağı səviyyədir və bu, çox vacibdir”, – bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Kobaxidze əlavə edib ki, bu il də ölkədə işsizliyin daha da azaldılması üçün bütün tədbirlər görülür.
“Ümumiyyətlə, optimal göstərici 3–5 faizdir və hesab edirik ki, bu səviyyəyə bir neçə il ərzində çatmaq mümkündür. Bunun üçün iqtisadi artım lazımdır və məhz buna xidmət edən konkret iqtisadi təşəbbüslər və investisiya layihələri ölkəmizdə həyata keçirilir. Hər şey edilməlidir ki, işsizlik 5 faiz səviyyəsinin altına düşsün ki, bu tamamilə realdır. Hətta üç il ərzində belə nəticəyə çatmaq mümkündür. İxracın artırılması da vacibdir. Məhsulumuzun təşviqi, xaricə çıxarılmasının təşviqi və idxal-ixrac balansının yaxşılaşdırılması istiqamətində də gələcəkdə aktiv işləyəcəyik”, – deyə İrakli Kobaxidze vurğulayıb