İrakli Kobaxidze bildirib ki, Azərbaycanla əldə olunan razılaşmalar nəticəsində həm qaz, həm də elektrik enerjisinin idxalı və tranziti üzrə optimal həll əldə olunub. Onun sözlərinə görə, Bakı–Tbilisi–Supsa boru kəmərinin istismarı ilə bağlı da ideal şərtlər mövcuddur
Baş nazir İrakli Kobaxidze bildirib ki, Azərbaycan tərəfi ilə aparılan danışıqlara iki dövlət arasında standart dialoq kimi deyil, ortaq maraqlara əsaslanan dostluq söhbəti kimi yanaşılıb. Onun sözlərinə görə, bütün sahələr üzrə optimal həll əldə olunub və hər iki tərəfin maraqları bərabər şəkildə nəzərə alınıb.
Kobaxidze qeyd edib ki, bu razılaşmalar həm qaz və elektrik enerjisinin idxalı və tranzitini, həm də Bakı–Tbilisi–Supsa boru kəmərinin istismarını əhatə edir.
Onun sözlərinə görə, əvvəlcədən zəmanət verilən həcmlər artırılıb və ümumilikdə yeni müqavilələr nəticəsində daha yüksək təminat əldə olunub. Baş nazir bildirib ki, üç əsas istiqamət üzrə sazişlər mövcuddur, o cümlədən Şahdəniz layihəsindən təmin edilən qaz və iki əlavə müqavilə.
Kobaxidze vurğulayıb ki, Bakı–Tbilisi–Supsa boru kəməri üç il ərzində dayanmışdı və bu səbəbdən dövlət on milyonlarla lari potensial gəlir itirirdi. İndi isə boru kəmərinin fəaliyyəti bərpa olunur və müvafiq gəlirlər dövlət büdcəsinə daxil olacaq.
Onun sözlərinə görə, Azərbaycanla aparılan danışıqlarda yanaşma tam qarşılıqlı maraqlara əsaslanıb və nəticədə bütün istiqamətlər üzrə optimal razılaşmalar əldə olunub.