İrakli Kobaxidze bildirib ki, Avropa bürokratları Gürcüstanda siyasi fəaliyyətlərin dolayı yollarla maliyyələşdirilməsini planlaşdırdıqlarını anons edirlər və buna qarşı qanunvericilik dəyişiklikləri paketi hazırlanıb.
İrakli Kobaxidze bildirib ki, Avropa bürokratları Gürcüstanda siyasi fəaliyyətlərin dolayı yollarla maliyyələşdirilməsini planlaşdırdıqlarını anons edirlər və buna qarşı qanunvericilik dəyişiklikləri paketi hazırlanıb.

İrakli Kobaxidze bildirib ki, konkret avropalı bürokratlar açıq şəkildə elan edirlər ki, Gürcüstanda mövcud qanunvericiliyin yan keçilməsi mexanizmlərini taparaq siyasi fəaliyyətləri dolayı yollarla maliyyələşdirməyi planlaşdırırlar. Bu barədə Gürcüstanın Baş naziri jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan parlamentinin qəbul etdiyi qanun layihələri paketi məhz buna qarşı yönəlib.

“Bu, çox vacib təşəbbüsdür və bu istiqamətdə iş davam etdirilməlidir. Konstitusiya sisteminin tanınmamasına gəlincə, bu məsələ də birbaşa milli maraqlarımız və Konstitusiyanın qorunması ilə bağlıdır. Beş dövlət var ki, Gürcüstan ərazilərinin 20 faizi üzərində hakimiyyətimizin yurisdiksiyasını tanımır. Eyni zamanda, ölkə daxilində də xaricdən təşviq və koordinasiya olunan qüvvələr var ki, onlar təkcə 20 faiz ərazidə deyil, ölkə ərazisinin 100 faizində Gürcüstan hakimiyyətinin yurisdiksiyasını tanımırlar. Bu, əlbəttə ki, milli çağırışdır və qanunvericilik buna cavab verməlidir. Parlamentin müvafiq qanunun qəbulunu planlaşdırması çox vacibdir”, – deyə Kobaxidze bildirib.