İrakli Kobaxidze - Bəzi avropalı siyasətçilər və bürokratlar bizi birbaşa gürcü “Maydanı” ilə hədələyirdi, artıq çox aydındır ki, bu ideya iflasa uğradı, Gürcüstanda “Maydan” olmayacaq
Artıq çox aydındır ki, bu ideya iflasa uğradı, Gürcüstanda “Maydan” olmayacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze macar siyasi “YouTube” kanalına müsahibəsində bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, bu, ölkədə “Maydan” təşkil etmək istəyənlərin artıq dördüncü cəhdi olub.
“Bəzi avropalı siyasətçilər və bürokratlar bizi birbaşa gürcü “Maydanı” ilə hədələyirdi. Bu ideyanın bəxtinə həyata keçirilmək yazılmayıb! Gürcü “Maydanı”nın təşkil edilməsinin dördüncü cəhdi iflasa uğradı. Beləliklə, ölkəmiz üçün çox mühüm risk görmürük. Küçələrdə etirazlar davam edir, lakin insanların sayı xeyli azalır. İndi 5-6 gün əvvəlkindən dörd dəfə az insan küçəyə çıxır. Vəziyyəti çox effektiv idarə edə bilərik. Dövlət çox güclüdür; Bizim çox güclü hüquq-mühafizə orqanlarımız var və buna görə ölkəmizdə hər şey çox yaxşı olacaq” – baş nazir bildirib.