İrakli Kobaxidze Beynəlxalq Valyuta Fondunun Missiyasının rəhbəri Alexandro Haydenberq ilə görüşüb
İrakli Kobaxidze Beynəlxalq Valyuta Fondunun Missiyasının rəhbəri Alexandro Haydenberq ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Valyuta Fondunun (BVF) Missiyasının rəhbəri Alexandro Haydenberq ilə görüşüb.

Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, görüşdə Gürcüstan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında mövcud sıx əməkdaşlıq və maliyyə və struktur islahatları istiqamətində Beynəlxalq Valyuta Fondunun dəstəyinə diqqət ayrılıb.

Gürcüstanın iqtisadi artım dinamikasına toxunulub. Qeyd edilib ki, son 5 il ərzində ölkənin orta illik iqtisadi artım göstəricisi 9.3%-dir və bu tendensiya bu il də davam edir.

Baş nazir qeyd edib ki, hökumətin iqtisadi siyasəti makroiqtisadi sabitliyin qorunmasına, struktur islahatlarının davam etdirilməsinə və Qara dəniz sualtı kabeli və Anaklia dərin su limanı da daxil olmaqla strateji infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlib.

Dövlət mülkiyyətində olan müəssisələrin kompleks islahına diqqət yetirildi və islahat nəticəsində də qənaət edilən onlarla milyon lari sektorun inkişafına yatırılacaq.

Beynəlxalq Valyuta Fondunun Gürcüstandakı daimi nümayəndəsi Endryu Cuel, Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani görüşdə iştirak ediblər.