İrakli Kobaxidze Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının prezidenti ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının (IMMAF) prezidenti Kerit Braun ilə görüşüb.
Gürcüstan hökumətinin məlumatına əsasən, görüşdə 2025-ci ilin payızında Gürcüstanda Qarışıq Döyüş Sənətləri (MMA) üzrə Dünya Çempionatının keçirilməsi imkanını müzakirə ediblər.
“Qeyd olundu ki, bu mövzuda ünsiyyət və fəal əməkdaşlıq davam edəcək. Həmçinin, Gürcüstanda Qarışıq Döyüş Sənətlərinin (MMA) inkişafının perspektivlərinə toxunuldu. Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstanın idman naziri Şalva Qoqoladze və nazirin birinci müavini İrakli Medzmariaşvili iştirak ediblər” – Gürcüstan hökumətinin məlumatında deyilir.