İrakli Kobaxidze – Beynəlxalq nəqliyyat marşrutlarının inkişafı təkcə iqtisadi artımın deyil, həm də regionda sabitliyin əsas təməllərindən biridir
Beynəlxalq nəqliyyat marşrutlarının inkişafı təkcə iqtisadi artımın deyil, həm də regionda sabitliyin əsas təməllərindən biridir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin rəsmi açılış mərasimindəki çıxışı zamanı deyib.
Hökumət başçısı məhz bu baxışdan irəli gələrək, Gürcüstanın strateji infrastrukturun inkişafını aktiv şəkildə davam etdirdiyini bildirib.
“Məhz bu baxışdan irəli gələrək, Gürcüstan strateji infrastrukturun inkişafını aktiv şəkildə davam etdirir – o cümlədən Anaklia dərin dəniz limanının tikintisini, beynəlxalq hava limanlarının genişləndirilməsi və modernləşdirilməsini, avtomobil magistrallarının və dəmir yolu şəbəkəsinin yenilənməsini. Müvafiq nəqliyyat və logistika imkanları mərhələli şəkildə artır, bu da ölkəmizin Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli həlqə rolunu daha da gücləndirir.
Beynəlxalq nəqliyyat marşrutlarının inkişafı istiqamətində Gürcüstanı həm Türkiyə və Azərbaycanla, həm də Ermənistan, Mərkəzi Asiya ölkələri və digər tərəfdaş dövlətlərlə çoxillik, sıx və məhsuldar əməkdaşlıq bağlayır. Bugünkü uğur da məhz bu nümunəvi əməkdaşlığın nəticəsidir.
Azərbaycan və Türkiyədəki tərəfdaşlarımıza, eləcə də bu mühüm layihənin həyata keçirilməsinə töhfə vermiş hər bir şəxsə təşəkkürümü bildirirəm.
Bakı-Tbilisi-Qars dəmir yolunun tam fəaliyyətə başlaması münasibətilə sizi təbrik edir, ölkələrimizə daha çox uğur və daha çox inkişaf arzulayıram!” – baş nazir bildirib.