İrakli Kobaxidze beş regiona yeni dövlət nümayəndələri təyin etdi
İrakli Kobaxidze beş regiona yeni dövlət nümayəndələri təyin etdi

Mtsxeta-Mtianeti, Şida Kartli, Samtsxxe-Cavaxeti, Quria və Kvemo Kartli regionlarının yeni dövlət nümayəndələri var. Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.

Baş nazirin qərarına əsasən, Mtsxeta-Mtianetidə dövlət nümayəndəsi vəzifəsini Aleksandre Zaqaşvili, Şida Kartlidə – Simon Guledeni, Samtsxxe-Cavaxetidə – Zaal Gelaşvili, Quriada – Giorgi Ğurcumelidze, Kvemo Kartlidə isə – Levan Xarabadze icra edəcəklər.

Hökumət administrasiyasının məlumatına görə, yeni təyin olunan dövlət nümayəndələri ilə bu gün baş nazir İrakli Kobaxidze, regional inkişaf naziri Kaxa Guledenlə birlikdə hökumət administrasiyasında görüş keçirib. Baş nazir regionların inkişafının xüsusi əhəmiyyətini vurğulayıb və bildirib ki, bu məsələnin prioritetliyini regional inkişaf nazirliyinin ayrıca qurum kimi yaradılması da təsdiqləyir.

Hökumət başçısının sözlərinə görə, regionların inkişafı ilə bağlı layihələrin effektiv həyata keçirilməsinə daha çox diqqət yetiriləcək və bu prosesdə regionların təcrübəli, peşəkar və vicdanlı rəhbərlərə sahib olması vacibdir.

Baş nazir həmçinin layihələrin keyfiyyətinin və koordinasiyasının yaxşılaşdırılmasının zəruriliyinə diqqət çəkib və yeni təyin olunmuş dövlət nümayəndələrinə uğurlar arzulayıb.