İrakli Kobaxidze - Bərpa olunan enerji layihələrinin inkişafında iştirak edən bütün enerji şirkətlərinin həcmi bir milyard lari olan cərimələri konkret şərtlə silinəcək
İrakli Kobaxidze - Bərpa olunan enerji layihələrinin inkişafında iştirak edən bütün enerji şirkətlərinin həcmi bir milyard lari olan cərimələri konkret şərtlə silinəcək

 

Bərpa olunan enerji layihələrinin inkişafı prosesində iştirak edən energetika sektorunda fəaliyyət göstərən bütün şirkətlərin ümumi həcmi bir milyard lari olan dövlət qarşısında yığılmış cərimələri konkret şərtlə silinəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə əsasən, şirkətlərin ötən illər ərzində yığılan cərimə və faiz şəklində borcları energetika sisteminin inkişafına maneə yaradan amillərdəndir.

“Məhz bu səbəbdən, sektorda fəaliyyət göstərən şirkətlər üçün konkret şərtlə tətbiq edilən cərimə və əlavə haqqı bağışlamaq haqda çox vacib qərar qəbul etdik. Bərpa olunan enerji layihələrinin inkişafı prosesində iştirak edən energetika sektorunda fəaliyyət göstərən bütün şirkətlərin ümumi həcmi bir milyard lari olan dövlət qarşısında yığılmış cərimələri konkret şərtlə silinəcək” – Kobaxidze bildirib.