Gürcüstanın Baş naziri İrakli Kobaxidze Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Nikolai Roqaşçuk ilə görüşüb.
Tanışlıq məqsədli görüşdə Gürcüstan və Belarus arasında mövcud əlaqələrə, eləcə də müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafının müsbət dinamikası və gələcək perspektivlərə toxunulub.
Səfir yerli özünüidarəetmə seçkilərinin uğurla keçirilməsi ilə əlaqədar Belarus Respublikası Prezidentinin təbrik məktubunu baş nazirə təqdim edib.
Baş nazir Belarusun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə səfirə təşəkkür edib, Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidməti yayır.