İrakli Kobaxidze “BBC”yə müsahibəsində bildirir ki, səslərin hesablanmasının elektron sistemi seçkilərin saxtalaşdırılmasını qeyri-mümkün edib və manipulyasiya üçün imkan yoxdur
İrakli Kobaxidze “BBC”yə müsahibəsində bildirir ki, səslərin hesablanmasının elektron sistemi seçkilərin saxtalaşdırılmasını qeyri-mümkün edib və manipulyasiya üçün imkan yoxdur

 

Gürcüstanın Baş naziri səslərin saxtalaşdırılması ilə bağlı xəbərləri təkzib edir, buna paralel olaraq isə prezident kütləvi etirazlar elan edir – “BBC” bu başlıqda məqalə dərc edir.

“BBC”nin yazdığı kimi, Gürcüstanın Baş naziri “BBC”nin jurnalistinə eksklüziv müsahibəsində şənbə günü keçirilən seçkilərdə səslərin saxtalaşdırılması və zorakılıq ittihamlarını təkzib edib və mübahisəli nəticədən bu ölkə üçün inamlı qələbə və həlledici qazanc kimi danışıb.

“Pozuntular hər yerdə baş verir” – İrakli Kobaxidze “BBC”yə deyib.

Həmçinin, baş nazir eksklüziv müsahibəsində bildirib ki, hökumət seçki günü və ondan əvvəl qeydə alınan pozuntuları mütləq araşdıracaq, lakin seçkilərin ümumi məzmununun hüquqi prinsiplərə və demokratik seçki prinsipinə uyğun olduğunu vurğulayıb.

Həmçinin, Kobaxidze müxalifəti yalanda ittiham edib və qeyd edib ki, onlar 2016, 2020 və 2021-ci illərin seçkiləri zamanı da oxşar ittihamlar səsləndiriblər.

“Əlbəttə, onların indi başqa yolu yoxdur, ona görə də onlar öz tərəfdarlarına deməlidirlər ki, ya yalan danışırdılar, ya da hökumət seçkiləri saxtalaşdırıb” – baş nazir bildirib.

Baş nazir deyib ki, şənbə günü ilk dəfə istifadə edilən səslərin hesablanmasının elektron sistemi seçkilərin saxtalaşdırılmasını qeyri-mümkün edib və manipulyasiya üçün imkan yoxdur.

Müsahibədə Kobaxidze müxalifətin hökumətin ruspərəst və “Putinist” kursu ilə bağlı ittihamını rədd edib. O deyib ki, müxalifət əsasən avropapərəst olan 3,7 milyonluq əhali arasında hökumətin nüfuzuna xələl gətirməyə çalışır.

Baş nazir Gürcüstanın regionda Rusiya ilə diplomatik əlaqələri olmayan yeganə ölkə olduğunu xüsusilə vurğulayıb.