İrakli Kobaxidze Batumidə beynəlxalq standartlara uyğun buz arenası açıb
İrakli Kobaxidze Batumidə beynəlxalq standartlara uyğun buz arenası açıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze ilə birlikdə Batumidə beynəlxalq standartlara uyğun buz arenasının açılışını edib.

Hökumət başçısı görülən işlərlə tanış olub, buz arenasını gəzib, idmançılarla görüşüb.

İrakli Kobaxidzenin sözlərinə görə, bu tip infrastruktur gənclərin idmanla məşğul olmasına əlavə stimul verəcək.

“Batumidə yeni tikilmiş buz sarayı 1500 tamaşaçı üçün nəzərdə tutulub. Sabah Buz Sarayında başlayacaq Gənclərin Qış Festivalı da burada keçiriləcək. Bu, bütövlükdə ölkə və xüsusilə Batumi üçün mühüm infrastrukturdur. Batumidə 450-yə yaxın gənc idmanın bu növü ilə məşğul olur və yeni zal uşaq və gənclərin idmanın bu növü ilə daha da fəal məşğul olmasına yeni təkan verəcək”. – İrakli Kobaxidze dedi.

Beynəlxalq standartlara cavab verən buz arenasında idman işıqlandırması, tablolar, səs sistemləri quraşdırılıb, tribunalar 1500 tamaşaçı üçün nəzərdə tutulub. İdman qurğusunda konfrans və xoreoqrafiya zalları, məşqçi və hakim otaqları, soyunub-geyinmə otaqları, vanna otağı var.

Arena fevralın 9-dan 2025-ci il Yeniyetmələrin Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Gələn ildən kompleks tam gücü ilə fiqurlu konkisürmə və sürətli konkisürmə, eləcə də buz və su idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi etmək imkanı əldə edəcək.

Kompleksə buz arenası ilə yanaşı, ilin sonuna kimi fəaliyyətə başlayacaq üzgüçülük hovuzu da daxildir. Layihənin ümumi dəyəri 53 943 280 lari təşkil edir.

Məlumatı hökumət administrasiyası yayır.