İrakli Kobaxidze - Bakurianidə Olimpiya "Sülh məşəli"nin alovlandırılması bir daha təsdiqləyir ki, hamımızı, 45 Avropa ölkəsini bir ümumi məqsəd – sağlam, vahid və dinc Avropada yaşamaq birləşdirir
Bu gün gürcü idmanı üçün tarixi gündür. Bakurianidə Olimpiya “Sülh məşəli”nin alovlandırılması bir daha təsdiqləyir ki, hamımızı, 45 Avropa ölkəsini bir ümumi məqsəd – sağlam, vahid və dinc Avropada yaşamaq birləşdirir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Gənclər Qış Olimpiya Festivalının açılış mərasimində çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Gürcüstan vədlərinə əməl edib və dünya xəritəsində qış idmanı üçün cəlbedici ölkə kimi özünü təsdiqləyib.
“Bu gün gürcü idmanı üçün tarixi gündür. Bakurianidə Olimpiya “Sülh məşəli”nin alovlandırılması bir daha təsdiqləyir ki, hamımızı, 45 Avropa ölkəsini bir ümumi məqsəd – sağlam, vahid və dinc Avropada yaşamaq birləşdirir.
Gürcüstan vədlərinə əməl edib və dünya xəritəsində qış idmanı üçün cəlbedici ölkə kimi özünü təsdiqləyib. 45 ölkədən 1000-ə qədər idmançının və 700-dən çox rəsmi şəxsin iştirak etdiyi festival buna əyani sübutdur. Bununla biz Yay, eləcə də Qış Olimpiya Festivalına ev sahibliyi edən yeddi Avropa ölkəsinə qoşulduq.
Festivaldan ölkəyə mümkün qədər çox miras qoymaq Avropa Olimpiya Komitələrinin baxışıdır, bu da bizim baxışımıza tam uyğundur. Məhz bu səbəbdən festival üç yerdə – Bakuriani, Batumi və Tbilisidə keçirilir. Xüsusilə qeyd edilməlidir ki, Batumi və Tbilisi ilk dəfədir belə böyük yarışa ev sahibliyi edir və bununla da özlərini dünyaya yeni şəkildə təqdim edirlər” – baş nazir bildirib.