İrakli Kobaxidze azərbaycanlı həmvətənləri Novruz bayramı münasibətilə təbrik etdi
İrakli Kobaxidze azərbaycanlı həmvətənləri Novruz bayramı münasibətilə təbrik etdi

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze azərbaycanlı həmvətənləri Novruz bayramı münasibətilə təbrik etdi.

Hökumət başçısı prezident Mixeil Ğavelaşvili və parlamentin sədri Şalva Papuaşvili ilə birlikdə Marneulidə Novruz bayramına həsr olunmuş bayram tədbirlərində iştirak edib.

Baş nazir azərbaycanlı həmvətənlər qarşısında çıxış edib və onlara sülh və firavanlıq arzulayıb.

“Novruz bayramı yenilənmə, xeyirxahlıq bayramıdır. Bizi, xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış və dostluqla fəxr edirik. Bu, həqiqətən də qürurverici münasibət və dostluqdur. Uzun illər ərzində birlikdə ortaq ölkəmizin gələcəyini yaradırdıq. Bu tarix bu gün də davam edir və bu, övladlarımıza və gələcək nəsillərə ötürməli olduğumuz möhtəşəm ənənədir. Sizi bir daha Novruz bayramı münasibəti ilə təbrik etmək istəyirəm, hamınıza ən xoş arzularımı, sülh və firavanlıq arzulayıram” – İrakli Kobaxidze bildirib.

Baş nazir Marneulinin mərkəzində bayramla əlaqədar təşkil edilmiş sərgi sahəsinə və etnoguşəyə baş çəkdi, eləcə də müxtəlif idman və mədəni tədbirlərdə iştirak etdi.

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani, Kvemo Kartli bölgəsi üzrə dövlət müvəkkili Qiorqi Doxturişvili, xalq müdafiəçisi Levan İoseliani, parlamentin üzvləri və yerli hakimiyyət nümayəndələri azərbaycanlı həmvətənləri Novruz bayramı münasibətilə təbrik etdilər.