İrakli Kobaxidze Azərbaycanın Prezidenti İlham Əliyevlə telefonla danışıb
Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla danışıb. Bu haqda Azərbaycan mediası məlumat yayır.
Onların məlumatında, İrakli Kobaxidzenin prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdiyi, ona cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzuladığı deyilir.
“Prezident İlham Əliyev diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Həmçinin, əməkdaşlığın perspektivləri və qarşıdan gələn ildə yeni təmaslar barədə fikir mübadiləsi aparıblar” – Azərbaycan mediası tərəfindən yayılmış məlumatda qeyd olunub.