Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Gürcüstanda olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb.
Görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq və sıx əlaqələrin daha da inkişaf etdirilməsinə toxunulub.
Ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı və Azərbaycandan birbaşa investisiyaların qoyulması potensialını müzakirə ediblər. Gürcüstan və Azərbaycanın birgə regional layihələrinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, mövcud regional layihələr Gürcüstan və Azərbaycan arasında etibarlı strateji tərəfdaşlığın aydın nümunəsidir. Əlaqəlilik və Orta Dəhlizin inkişafının əhəmiyyətinə və bu istiqamətdə Gürcüstanın roluna diqqət yönəldildi.
İrakli Kobaxidze azərbaycanlı həmkarına Gürcüstan tərəfindən regionda sülh və sabitliyə kömək üçün səylərin davam etdirilməsinə hazırlığı təsdiqləyib.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.