İrakli Kobaxidze - Azərbaycanın Baş naziri ilə görüşdə iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələsini, Cənubi Qafqazda sülh ideyasına olan sadiqliyimizi müzakirə etdik
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşünə X sosial şəbəkəsində münasibət bildirir.
Kobaxidzenin qeyd etdiyi kimi, tərəflər bir-birinə ümumi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı təsdiqləyiblər.
“Tbilisidə beşinci “İpək Yolu Forumu” çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul etmək şərəfinə nail oldum. Biz ümumi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı təsdiqlədik. İqtisadi əlaqələrin, nəqliyyat və enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələsini, Cənubi Qafqazda sülh və sabitlik ideyasına olan sadiqliyimizi müzakirə etdik” – İrakli Kobaxidze qeyd edir.