İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri ilə görüşdü
İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üzrə pozitiv dinamika müzakirə olunub.

“Artan ticarət-iqtisadi əməkdaşlıq və Gürcüstanla Azərbaycanın birgə həyata keçirdiyi regional əhəmiyyətli layihələr vurğulandı.

Tərəflər Orta Dəhlizin inkişafının əhəmiyyəti və bu istiqamətdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri, habelə enerji təhlükəsizliyi sahəsində regional əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxundular.

Baş nazir bir daha təsdiqlədi ki, Gürcüstan dialoq yolu ilə regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına dəstək göstərməyə hazırdır,” – deyə Baş nazirin mətbuat xidməti tərəfindən yayılan məlumatda qeyd olunur.

Gürcüstan və Azərbaycanın Baş nazirlərinin görüşü Türkmənistanda “Sülh və Etimadın Beynəlxalq İli”nə həsr olunmuş beynəlxalq forum çərçivəsində baş tutub.