İrakli Kobaxidze Azərbaycan Respublikasına səfər edəcək
İrakli Kobaxidze Azərbaycan Respublikasına səfər edəcək

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına səfər edəcək. Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.

“Səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcəklər. Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təkbətək görüşü planlaşdırılır. Görüşdən sonra liderlər media üçün birgə bəyanatlarla çıxış edəcəklər.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Bocorişvili, ətraf mühit və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir” – Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatında qeyd olunub.