İrakli Kobaxidze Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Cari ilin yanvarında İrakli Kobaxidzenin və Azərbaycanın Baş nazirinin həmsədrliyi ilə keçirilmiş Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub. Həmçinin, əməkdaşlığın dərinləşməsi istiqamətində yüksək səviyyəli səfərlərin əhəmiyyətinə diqqət yönəldilib.
Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinin təşviqi haqda danışıblar.
Cənubi Qafqaz regionunda sülh və sabitliyin əhəmiyyəti vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan gələcəkdə də regionda sülhün və rifahın təmin olunmasına töhfə verməyə hazırdır.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.