İrakli Kobaxidze - Avropaya inteqrasiya bizim əsas prioritetimizdir, biz münasibətlərin yenidən başlamasını gözləyirik, bu da fikrimizcə gələn ilin əvvəlindən intensiv rejimdə baş verəcək
Bizim olduqca mühüm xarici siyasət prioritetlərimiz var və əsas prioritet təbii ki, Avropaya inteqrasiyadır. Biz münasibətlərin yenidən başlamasını gözləyirik, bu da fikrimizcə gələn ilin əvvəlindən intensiv rejimdə baş verəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Baş nazir bildirib ki, 2028-ci il üçün Assosiasiya və Azad Ticarət Sazişi ilə nəzərdə tutulan öhdəliklərin 90%-dən çoxunun yerinə yetirilməsi hökumətin iddialı vəzifəsidir, bu da Gürcüstanın 2030-cu il üçün Avropa İttifaqının üzvü olmasını təmin edir.
“Bizim olduqca mühüm xarici siyasət prioritetlərimiz var və əsas prioritet təbii ki, Avropaya inteqrasiyadır. Biz münasibətlərin yenidən başlamasını gözləyirik, bu da fikrimizcə gələn ilin əvvəlindən intensiv rejimdə baş verəcək. Bizim Assosiasiya və Azad Ticarət Sazişləri üzrə konkret öhdəliklərimiz var. Bizim iddialı vəzifəmiz 2028-ci il üçün hər iki istiqamətdə bu öhdəliklərin 90%-dən çoxunu yerinə yetirməkdir, bu da son nəticədə Gürcüstanın 2030-cu il üçün qarşıya qoyduğumuz yekun hədəfə nail olmasını təmin edir və bu, ölkəmizin Avropa İttifaqına tam inteqrasiyasıdır. Bunun üçün, ölkəni bütün istiqamətlərdə inkişaf etdirmək lazımdır, o cümlədən xüsusilə iqtisadiyyatın artımı. Hamı başa düşür ki, iqtisadi göstəricilər uyğun olmasa, heç kim ölkəni Avropa İttifaqına qəbul etməyəcək. Ona görə də 2030-cu il üçün Gürcüstanın Avropa İttifaqına tam inteqrasiyasına nail olmağımız üçün bütün istiqamətlərdə inkişaf vacibdir və bunun üçün hər şey ediləcək” – baş nazir bildirib.