İrakli Kobaxidze – Avropanın onsuz da problemləri var və belə bir vaxtda Avropa komissarının ABŞ-la münaqişə üçün bəhanə axtarması qəribədir

16:13, 10.09.2026

“Avropanın onsuz da problemləri var və belə bir vaxtda Avropa komissarının ABŞ-la münaqişə üçün bəhanə axtarması, yumşaq desək, qəribədir” – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kosun açıqlamasına münasibət bildirərkən jurnalistlərə deyib.

Hökumət başçısının sözlərinə görə, avropalı siyasətçilərin və bürokratların Avropanın qarşılaşdığı problemlərin, o cümlədən ABŞ-la bağlı məsələlərin həllinə fokuslanması daha yaxşı olardı.

“Belə təşəbbüslər çox qəribədir. Avropanın onsuz da problemləri var və belə bir vaxtda Avropa komissarının ABŞ-la münaqişə üçün bəhanə axtarması, yumşaq desək, qəribədir.

Avropalı siyasətçilərin və bürokratların Avropanın qarşılaşdığı problemlərin, o cümlədən ABŞ-la bağlı məsələlərin həllinə fokuslanması daha yaxşı olardı. Onların bütün diqqəti digər ölkələrlə münasibətlərin tənzimlənməsinə yönəlməlidir. Lakin əksinə, onların diqqəti münaqişələrin həllinə deyil, daha da qızışdırılmasına yönəlib. Bu isə çox təəssüf doğurur”, – deyə Baş nazir bildirib.

Oxşar