İrakli Kobaxidze - Avropada vəziyyətin yaxşılaşacağına, dəyərlər böhranının aradan qaldırılacağına böyük ümidimiz var, 2030-cu ildə Avropa İttifaqına tamhüquqlu üzv ölkə olmaq arzumuzdur
İrakli Kobaxidze - Avropada vəziyyətin yaxşılaşacağına, dəyərlər böhranının aradan qaldırılacağına böyük ümidimiz var, 2030-cu ildə Avropa İttifaqına tamhüquqlu üzv ölkə olmaq arzumuzdur

 

Verilən bəyanatlar da Avropa bürokratiyasında tamamilə aşkar olan dərin dəyərlər böhranına işarə edir – bu barədə baş nazir İrakli Kobaxidze jurnalistin Gürcüstan haqda avropalı bürokratların bəyanatları ilə bağlı sualına cavab olaraq deyib.

Hökumət başçısı, Gürcüstan hakimiyyətinin Avropada vəziyyətin dəyişəcəyinə və iqtisadi, eləcə də demokratik və dəyərlər böhranının aradan qaldırılacağına çox böyük ümidi olduğunu bildirib.

“Verilən bəyanatlar da Avropa bürokratiyasında tamamilə aşkar olan dərin dəyərlər böhranına işarə edir. Bu, ilk növbədə, dəyərlər böhranıdır və sonra isə hər şeydir. Avropada vəziyyətin dəyişəcəyinə, yaxşılaşacağına, o cümlədən iqtisadi, eləcə də demokratik və dəyərlər böhranının aradan qaldırılacağına çox böyük ümidimiz var. 2030-cu ildə Avropa İttifaqına tamhüquqlu üzv ölkə olmaq arzumuzdur” – baş nazir bildirib.

Vizasız rejimlə bağlı suala hökumət başçısı qeyd edib ki, təhdid bitməlidir və bu, Gürcüstan hakimiyyətinin hamıya çağırışıdır.

“Hamı ilə müvafiq ünsiyyətimiz var, şantaj bitməlidir, bu bizim hamıya çağırışımızdır” – baş nazir bildirib.