İrakli Kobaxidze – Avropada Gürcüstanla münasibətlərə sağlam yanaşan bir çox lider var, ümid edirik ki, bu, Avropanın Gürcüstana yanaşmasında öz əksini tapacaq
Avropada Gürcüstanla münasibətlərə sağlam yanaşan bir çox lider var, biz konkret liderlərlə ikitərəfli söhbət etmək imkanı qazandıqda buna əmin oluruq və belə siyasi liderlər az deyil – bu barədə baş nazir İrakli Kobaxidze Dublində jurnalistlərə açıqlayıb.
Hökumət başçısı bütün bunların yekunda Avropanın Gürcüstana qarşı ümumi yanaşmasında öz əksini tapacağına ümidvar olduğunu ifadə edib.
“Avropada Gürcüstanla münasibətlərə sağlam yanaşan bir çox lider var. Konkret liderlərlə ikitərəfli söhbət etmək imkanı qazandıqda buna əmin oluruq və müxtəlif ölkələrin belə siyasi liderləri az deyil. Ümid edirik ki, bütün bunlar yekunda Avropanın Gürcüstana qarşı ümumi yanaşmasında öz əksini tapacaq. Biz hadisələrin düzgün və daha yaxşı istiqamətdə inkişafını səbirlə gözləyirik” – Kobaxidze qeyd edib.