İrakli Kobaxidze – Avropada gedən prosesləri diqqətlə izləyirik, bizim üçün Avropanın da öz ənənəvi dəyərlərini qoruyub saxlaması vacibdir, bu baxımdan müəyyən neqativ tendensiyalar da görürük
Avropada gedən prosesləri diqqətlə izləyirik. Bizim üçün Avropanın da öz ənənəvi dəyərlərini qoruyub saxlaması olduqca vacibdir, bu baxımdan müəyyən neqativ tendensiyalar da görürük, o cümlədən miqrasiya ilə bağlı proseslər və Avropanın müxtəlif ölkələrinin etnik və dini kimliyi ilə əlaqəli mənfi tendensiyalar – Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, bu barədə baş nazir İrakli Kobaxidze Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirilən və əsas mövzusu Gürcüstanın Avropa arxitekturasındakı rolu olan müzakirədə çıxışı zamanı açıqlayıb.
Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan hakimiyyəti üçün Avropada gedən proseslər narahatlıq üçün əsasdır.
“Bizim üçün bu proseslər narahatlıq üçün əsasdır. İstək olarsa, bu məsələ barədə daha dərindən də danışa bilərik. Beləliklə, Gürcüstanı Avropa milləti hesab etməyimizin birinci səbəbi dəyərlərimiz, ənənələrimiz və mədəniyyətimizdir – Gürcüstanın Avropa mədəni kimliyi” – baş nazir qeyd edib.