İrakli Kobaxidze - Avropa Xalq Partiyasının bugünkü bəyanatı Avropa İttifaqında yaranmış faciəvi siyasi vəziyyəti ən aydın şəkildə təsdiqləyir
Avropa Xalq Partiyasının (EPP) bugünkü bəyanatı Avropa İttifaqında yaranmış faciəvi siyasi vəziyyəti ən aydın şəkildə təsdiqləyir – bu barədə baş nazir İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bəyanat verib.
O bildirib ki, EPP ən böyük Avropa partiyasıdır və Gürcüstanda qanlı avtoritar rejimi quran “Milli Hərəkat” da EPP-nin üzvüdür.
“Xatırladaq ki, EPP Avropanın ən çox hökumət partiyasını birləşdirən ən böyük Avropa partiyasıdır. Onu da xatırladaq ki, Gürcüstanda qanlı avtoritar rejim quran və 9 il ərzində demokratiya, hüququn aliliyi və insan haqlarının total şəkildə pozulması ilə “fərqlənmiş” “Milli Hərəkat” da EPP-nin üzvüdür. “Milli Hərəkat” və digər radikal müxalifət qüvvələrinin gürcü xalqı tərəfindən seçilmiş hakimiyyəti devirməyə cəhd etməsi və ikisi tanrının sayəsində ölümdən xilas olan bir sıra polis əməkdaşlarına qarşı ağır fiziki təhqir törətməsi fonunda, Avropa Xalq Partiyası zorakılıq törədənlərə və gürcü demokratiyasının düşmənlərinə qarşı deyil, əksinə, Bidzina İvanişviliyə və hakim komandanın digər liderlərinə qarşı sanksiyaların tətbiqini tələb edir. EPP-nin bu bəyanatı gürcü cəmiyyətinin suverenliyin itirilməsi və kənardan idarə olunan Avropa bürokratiyasının Avropa İttifaqını hansı fəlakətə apardığını dərk etməsinə ən yaxşı şəkildə kömək edir” – baş nazir bildirib.