İrakli Kobaxidze – Avropa və Asiya arasında mövcud tranzit və ticarət potensialından tam istifadə edilməsi üçün Serbiya ilə tərəfdaşlığı dərinləşdirməyə hazırıq

13:17, 16.06.2026

 

Görüşdə ticarət-iqtisadi və sahəvi əməkdaşlıq barədə də danışdıq. Qeyd olundu ki, bu istiqamətdə tam istifadə edilməli olan böyük potensial var – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Serbiya Prezidenti Aleksandar Vuçiç ilə keçirdiyi birgə brifinqdə bildirib.

O, Gürcüstan və Serbiya hökumətləri arasında azad ticarət sazişi üzərində işlərin cari prosesinin təqdirəlayiq olduğunu deyib.

“Qeyd edilməlidir ki, bu prosesdə böyük uğurumuz var, bir neçə məsələ razılaşdırılmalıdır və bundan sonra artıq hər iki tərəf azad ticarət sazişini imzalamağa hazır olacağıq, bu da ölkələrimizin iqtisadi inkişafı, eləcə də ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsi üçün qarşılıqlı faydalı olacaq. Bu saziş biznes üçün yeni imkanlar yaradacaq, ölkələr arasında ticarət dövriyyəsinin artmasına, hər iki tərəfə investisiyaların cəlb edilməsinə və iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoymasına kömək edəcək.

Həmçinin nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışdıq. Gürcüstan “Orta Dəhliz”in ayrılmaz hissəsidir və Avropa və Asiya arasında mövcud tranzit və ticarət potensialından tam istifadə edilməsi üçün Serbiya ilə tərəfdaşlığı dərinləşdirməyə hazırıq” – baş nazir bildirib.

Oxşar