İrakli Kobaxidze Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti ilə görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Gürcüstan və Avropa Şurası arasında mövcud sıx əməkdaşlıq və 2024-2026-cı illər üçün İnsan Hüquqlarının Fəaliyyət Planının həyata keçirilməsi prosesinə toxunulub.
“Baş nazir Gürcüstan hökumətinin insan hüquqlarının və fundamental azadlıqların qorunmasına qəti sadiqliyini bir daha təsdiqləyib. Qeyd olunub ki, ölkədə media plüralizmi, söz və ifadə azadlığı təmin edilib, buna da Gürcüstan Konstitusiyası və qanunvericiliyi ilə təminat verilib.
Həmçinin, tərəflər Gürcüstanın işğal olunmuş ərazilərində insan hüquqları baxımından mövcud çətin humanitar vəziyyət və Gürcüstan hökumətinin etimadı bərpa etməyə yönəlmiş sülh təşəbbüslərindən danışıblar” – rəsmi məlumatda deyilir.
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani görüşdə iştirak ediblər.