İrakli Kobaxidze Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb

20:33, 23.09.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb. Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə Gürcüstan ilə Avropa Şurası arasında mövcud olan çoxillik səmərəli əməkdaşlığa toxunulub. Ölkədə demokratik inkişaf, insan hüquqlarının qorunması və qanunun aliliyi istiqamətində təşkilatın mühüm dəstəyi qeyd olunub.

Baş nazir Avropa Şurasının prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib və Gürcüstanın gələcəkdə də dialoqa və çoxşaxəli əməkdaşlığın inkişafına dəstək verəcəyini qeyd edib.

İrakli Kobaxidze qeyd edib ki, Gürcüstan hökuməti Avropa Şurası ilə konstruktiv dialoqa böyük əhəmiyyət verir və gələcəkdə də təşkilatla qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı davam etdirməyə hazırdır.

Görüşdə Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Davit Bakradze iştirak ediblər.

Oxşar