İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşüb.
Görüşdə Gürcüstan ilə Avropa Şurası arasında məhsuldar əməkdaşlığa, 26 oktyabr parlament seçkilərinə və ölkədə gedən proseslərə toxunulub.
Baş nazir nümayəndə heyətinə onları maraqlandıran bütün məsələlər, o cümlədən parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyət və prosesin idarə olunması məqsədilə dövlət qurumlarının atdığı addımlar haqda ətraflı danışıb.
Həmçinin, hökumət başçısı müxalifətin dövlət sisteminə sabotaj cəhdinə diqqət çəkərək, dövlətin öz işini yaxşı yerinə yetirdiyini və ölkənin ən mühüm təsisatlarını bilərəkdən zəiflətmək cəhdinə müvafiq cavab veriləcəyini bəyan edib.