İrakli Kobaxidze - Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşdə müzakirəmiz Gürcüstanın Avropa yolu çərçivəsində Avropa Şurasının rolu ilə bağlı idi
Gürcüstan məsələləri üzrə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri/həmməruzəçiləri ilə maraqlı görüşüm oldu – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, görüşdə mühüm ideyaları bölüşüblər və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Gürcüstan məsələləri üzrə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri/həmməruzəçiləri: Klod Kern və Edit Estrella ilə maraqlı görüşüm oldu. Görüşdə mühüm ideyaları bölüşdük və gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik.
Müzakirəmiz əsas məsələlər, o cümlədən demokratik islahatlar gündəliyimiz və Gürcüstanın Avropa yolunda Avropa Şurasının rolu ilə bağlı idi” – baş nazir yazır.