İrakli Kobaxidze — Avropa səfirləri gürcü cəmiyyətinin qarşısında özlərini nifrət səfiri kimi təqdim edə bilməz, bu proses dayandırılmalıdır
Avropa səfirləri gürcü cəmiyyətinin qarşısında özlərini nifrət səfiri kimi təqdim edə bilməzlər, — bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, bu proses dayandırılmalıdır.
“Niyə bunu Avropa səfirləri və Avropa bürokratları edirlər, bilmirəm. Onlar birbaşa uzun illərdir insanlar tərəfindən çox danışılan lüstrasiyanı həyata keçirirlər. Əslində, bu gün gürcü xalqının gözündə Avropa bürokratiyası radikalizm, zorakılıq, demokratiyanın görməzlikdən gəlinməsi və biz Avropa bürokratiyasında gördüyümüz bütün bu yanlış inkişaflarla assosiasiya olunur. Bu, birbaşa olaraq yalnız Avropa bürokratlarının deyil, həmçinin Avropa İttifaqının imicinə və nüfuzuna da mənfi təsir edir. Bu proses dayandırılmalıdır. Bunun üçün səfirlərin ilk növbədə vicdanla, Vyana Konvensiyasına uyğun davranmaları, ölkəmizdə cəmiyyətdə radikalizmi və nifrəti kobud şəkildə qızışdırmamaları vacibdir. Avropa səfirləri gürcü cəmiyyətinin qarşısında özlərini nifrət səfiri kimi təqdim edə bilməzlər. Bu gün elədir. Səfirlərin böyük bir hissəsi gürcü cəmiyyəti qarşısında özlərini nifrət səfiri kimi təqdim edir. Bu, çox təəssüf doğuran bir reallıqdır. Bu, Gürcüstanda Avropa İttifaqının imicinə mənfi təsir göstərir. Bu proses dayandırılmalıdır”, — deyə baş nazir bildirib.