İrakli Kobaxidze - Avropa Parlamentinin iclasına Salome Zurabişvilinin dəvəti ilə kiçik performans baş tutmalıdır, konkret məmurlar bununla ölkəmizdə hadisələrin inkişafına təsir göstərə bilməyəcəklər

Bizdə olan məlumata əsasən, onlar Avropa Parlamentinin iclasına Salome Zurabişvilini dəvət etməyi planlaşdırırlar, orada kiçik performans baş tutmalıdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Hökumət başçısının qiymətləndirməsinə əsasən, bu, heç bir effekt verməyəcək sadə performansdır.

“Zelenski halında olduğu kimi onu ayaqda qarşılamalıdılar və çıxışını alqışlarla bitirməlidir. Əlbətdə, bu cür sadə performanslarla konkret məmurlar və siyasətçilər ölkəmizdə hadisələrin inkişafına təsir göstərə bilməyəcəklər” – baş nazir bildirib.