İrakli Kobaxidze - Avropa Komissiyasının mətbuat katibinin bəyanatı radikalizmin təşviq edilməsidir, bu cür bəyanatlar fonunda gürcü cəmiyyətində Avropa İttifaqına inam azalır
Avropa Komissiyasının mətbuat katibinin bəyanatı radikalizmin təşviq edilməsidir, daxili işlərimizə birbaşa, kobud müdaxilədir, qütbləşmənin təşviq edilməsidir, cəmiyyət bütün bunları qiymətləndirəcək – bu barədə baş nazir İrakli Kobaxidze Avropa Komissiyasının mətbuat katibinin 4 oktyabrda planlaşdırılan aksiya ilə bağlı dəstəkləyici mövqeyi haqda jurnalistin sualına cavabında deyib.
Hökumət başçısı bildirib ki, ən təəssüf doğuran məqam odur ki, bu cür bəyanatlar fonunda gürcü cəmiyyətində Avropa İttifaqına inam azalır.
“Ən təəssüf doğuran məqam odur ki, bu cür faktlar Avropa strukturlarına və bürokratiyaya inamın köklü şəkildə azalmasına kömək olur və yenə də ən təəssüf doğuran məqam odur ki, bu cür bəyanatlar fonunda gürcü cəmiyyətində Avropa İttifaqına inam da azalır. Bu, ən üzücüdür. Zənn edirəm ki, bu proses dayandırılmalıdır, lakin bunu təktərəfli edə bilmərik. Əgər avropalı bürokratlar belə özlərinə ziyan vuran bəyanatlar verməyi dayandırmasalar, əlbəttə, bu proses davam edəcək” – baş nazir bildirib.