İrakli Kobaxidze – Avropa Komissiyasının hesabatı faktlara əsaslansaydı kəskin olardı, o, müəllifləri üçün kəskindir, çünki faktlara əsaslanan nəsə tənqidi irad təqdim edə bilməyiblər

13:07, 05.11.2026

 

Avropa Komissiyasının hesabatı kəskin deyil. Bu hesabat o zaman kəskin olardı ki, faktlara əsaslansaydı. Bu hesabatın kəskinliyi sıfıra bərabərdir, çünki iradların heç biri möhkəm arqumentə əsaslanmır – bu haqda baş nazir İrakli Kobaxidze jurnalistin Avropa Komissiyasının hesabatı ilə bağlı sualını cavablandırarkən açıqlayıb.

Onun sözlərinə əsasən, bu hesabat məhz müəlliflərinin özü üçün kəskindir.

“Müvafiq olaraq, biz bu hesabatı kəskin kimi qiymətləndirə bilmərik. Bu hesabat müəllifləri üçün kəskindir, çünki faktlara əsaslanan nəsə tənqidi irad təqdim edə bilməyiblər. Bu, çox təəssüf doğuran haldır“ – baş nazir qeyd edib.

Oxşar