İrakli Kobaxidze - Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm, danışıqların açılmasını masaya qoyun və elə bu gün imzalayacağam, şantaj əvəzinə iş, məsələyə yanaşmamız budur
Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm, danışıqların açılmasını masaya qoyun və elə bu gün imzalayacağam – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü mətbuat konfransında bildirib.
Baş nazir guya Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya prosesini dayandırması ilə bağlı yalan yayıldığını deyib.
“Guya Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya prosesini dayandırması ilə bağlı yalan yayılır. Elə ilk bəyanatdaca və bütün bu günlər ərzində biz xüsusilə bəyan edirdik və bəyan edirik ki, biz Avropaya inteqrasiya prosesini nəinki dayandırır, əksinə, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına üzvlüyünü təmin etmək üçün səylərimizi daha da fəallaşdırırıq. Bu fonda, radikal müxalifət və ona aid QHT və ya medialar tərəfindən aparılan dezinformasiya kampaniyasına Avropa İttifaqının səfirinin də qoşulması utancverici və narahatedici haldır. Təbii ki, bu cür hadisələr də gürcü cəmiyyətinin Avropa bürokratiyasına etimadını ciddi şəkildə sarsıdır. Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm – danışıqların açılmasını masaya qoyun və elə bu gün imzalayacağam. Şantaj əvəzinə iş, məsələyə yanaşmamız budur və Avropa strukturlarından da eyni ləyaqətli yanaşmanı gözləyirik, bu gürcü cəmiyyətinin sifarişidir” – baş nazir bildirib.