İrakli Kobaxidze – Avropa İttifaqının nümayəndəliyi tədbirə ardıcıl ikinci dəfə tərəfdarlarımıza qarşı təhqiramiz bəyanatları ilə seçilən ifaçını dəvət edib

17:38, 10.10.2026

 

Ümid edirik ki, gələcəkdə Avropa İttifaqının gürcü xalqına münasibəti sağlam formada davam edəcək – baş nazir İrakli Kobaxidze jurnalistin Telavidə Avropa Günü ilə bağlı Avropa İttifaqının planlaşdırdığı konsertə “Gamouvali Mdgomareoba” qrupunun dəvət edilməsi ilə bağlı sualını bu şəkildə cavablandırıb.

Hökumət başçısının qiymətləndirməsinə görə, bu, nümayişkaranə bir addımdır.

“Ardıcıl ikinci dəfə tərəfdarlarımıza qarşı təhqiramiz bəyanatları ilə seçilən ifaçını dəvət ediblər, bu da çox təəssüf doğurur. Bu, onların seçimidir. Belə addımlar cəmiyyətin Avropa təsisatlarına olan etimadına mənfi təsir göstərir. Bu, çox təəssüf doğurur. Görək gələcəkdə proseslər necə inkişaf edəcək. Bütün bunları sakitcə müşahidə etməliyik. Ümid edirik ki, gələcəkdə gürcü xalqına münasibət sağlam formada davam edəcək” – baş nazir açıqlayıb.

Oxşar