İrakli Kobaxidze - Avropa İttifaqının nümayəndə heyətinin Bayraq Günü münasibətilə Gürcüstan əhalisini təhqiramiz bannerlə "təbrik etməsi" təəssüf doğurur, bu, məqsədyönlü kobudluqdur
Avropa İttifaqının nümayəndə heyətinin Bayraq Günü münasibətilə Gürcüstan əhalisini təhqiramiz bannerlə “təbrik etməsi” çox məyusedicidir və təəssüf doğurur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Kobaxidzeyə Avropa İttifaqının nümayəndəliyi tərəfindən Gürcüstanın Bayraq Günü ilə əlaqədar dərc olunmuş və aksiyanın görüntülərindən də istifadə edilən videoçarxla bağlı sual verilib.
İrakli Kobaxidzenin qiymətləndirməsinə görə, bu, məqsədyönlü kobudluqdur.
“Özlüyündə bu, daxili siyasi işlərimizə daha bir kobud müdaxilədir. Bu, həm də radikalizmə dəstəkdir. Bayraq Günü ilə əlaqədar təhqiramiz məzmun yerləşdirildikdə bu qiymətləndirilə belə bilməz. Əlbəttə, məqsədyönlü kobudluqdur və bütün bunlar Avropa bürokratiyasının üzünü göstərir. Avropa İttifaqının nümayəndə heyətinin Bayraq Günü münasibətilə Gürcüstan əhalisini belə təhqiramiz bannerlə “təbrik etməsi” çox məyusedicidir və təəssüf doğurur” – İrakli Kobaxidze bildirib.