İrakli Kobaxidze - Avropa İttifaqının ədalətin rəmzi olaraq qalmasını istəyirik, lakin avropalı bürokratiya bu əhvali-ruhiyyəni dəyişmək üçün hər şeyi edir, biz inadla Avropa İttifaqına doğru irəliləməyə davam edəcəyik
Avropalı bürokratiyadan Gürcüstana qarşı tez-tez eşidilən ədalətsiz qiymətləndirmələrə, bəyanatlara görə çox təəssüflənirik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə keçirdiyi mətbuat konfransında jurnalistin sualına cavabında deyib.
Hökumət başçısı ildirib ki, ədalətsiz bəyanatlardan başqa, tez-tez yanlış təcrübə var, o cümlədən maliyyələşdirmənin.
“Avropalı bürokratiya ilə birbaşa əlaqəsi olan bəzi institutlar tərəfindən ekstremizmin maliyyələşdirilməsi təcrübəsinin də dəfələrlə şahidi olmuşuq. Parlament seçkiləri öncəsi seçki proseslərinə birbaşa müdaxilə presedentlərinin şahidi olmuşuq və ümumilikdə, görürük ki, Gürcüstanın dövlət suverenliyinə müvafiq hörmət göstərmirlər, bu isə bizim üçün çox təəssüf doğurur. Avropa İttifaqı illər ərzində bizim üçün ədalətin rəmzi olub və istəyirik ki, gələcəkdə də ədalətin rəmzi olaraq qalsın, lakin avropalı bürokratiya, təəssüf ki, bizdəki bu yanaşma və əhvali-ruhiyyəni dəyişmək üçün hər şeyi edir. Biz inadla Avropa İttifaqına doğru irəliləməyə davam edəcəyik və bununla birlikdə, Gürcüstanın Avropa İttifaqına üzv olmağa hazır olacağı vaxt, bu yanaşmanın dəyişəcəyinə ümid edirik. Cənab Baş nazir də Avropada hadisələrin inkişafının müsbət istiqamətdə dəyişəcəyinə dair nikbinlik ifadə etdi və biz də bu cür nikbinliyi ifadə etmək istəyirik. Bizim üçün, əlbəttə ki, bu yanaşmanın dəyişməsi çox vacibdir, çünki çox aydın xarici siyasi hədəfimiz var – Avropa İttifaqına üzvlük. Biz bürokratiya və siyasətçilərin müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda hadisələri ədalətli şəkildə qiymətləndirdiyi ədalətli Avropa İttifaqına üzv olmaq istəyirik. Bu, bizim üçün prinsipial əhəmiyyət daşıyır və bu kontekstdə bir daha fürsətdən istifadə edərək, məhz ədalətli mövqeyinə görə cənab Baş nazirə və Macarıstan hakimiyyətinə təşəkkürümü bildirmək istəyirəm. Ədalətli qiymətləndirmələr eşitdiyimiz və obyektiv münasibət gördüyümüz biri varsa, bu, Macarıstan hakimiyyətidir. Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasının ən aydın və ən güclü dəstəkçisi olaraq qalması məhz bu ədalətli yanaşmanın ifadəsidir. Bir daha macar dostlarımıza bunun üçün minnətdarıq” – Gürcüstanın Baş naziri bildirib.