İrakli Kobaxidze – Avropa İttifaqına olan inam çox yüksəkdir, lakin Avropa Komissiyasına olan inam aşağıdır, gürcü cəmiyyətinin “Gürcü Arzusu”na olan inamı yüksəkdir, xalq bizə səs verib

20:04, 03.11.2026

 

Avropa İttifaqına olan inam çox yüksəkdir, lakin Avropa Komissiyasına olan inam aşağıdır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə “Euronews” tərəfindən təşkil edilən Avropa İttifaqının Genişlənmə Sammitində açıqlayıb.

Kobaxidze, Gürcüstan cəmiyyətinin Avropa inteqrasiyasına sadiq olduğunu, Avropa Komissiyasına olan inamın aşağı olmasının ədalətsiz hərəkətlərlə əlaqədar olduğunu bildirib.

“Gürcüstan cəmiyyətində Avropa İttifaqına olan inam çox yüksəkdir, lakin Avropa Komissiyasına olan inam həddindən artıq aşağıdır. Bu, bir məsələdir, ikincisi – Gürcüstan cəmiyyətinin “Gürcü Arzusu”na olan inamı yüksəkdir. Seçicilərin 51 faizi seçki məntəqələrinə gəldi və bizə səs verdi. Bu, bir sıra amillərlə bağlıdır ki, Gürcüstan cəmiyyəti Avropa inteqrasiyasına sadiqdir və Avropa Komissiyasına olan inam ədalətsiz hərəkətlərə görə aşağıdır. Onlar “Gürcü Arzusu”na etimad göstərirlər. Seçicilərin 54 faizi son seçkilərdə “Gürcü Arzusu”na səs verib” – baş nazir bildirib.

Bununla yanaşı, İrakli Kobaxidzenin bəyanatına əsasən, sonda Avropa Komissiyası Gürcüstanla siyasi dialoqu dayandırmaq qərarına gəlib.

Baş nazir, Avropa Komissiyasının namizəd statusundan Gürcüstanı şantaj etmək üçün istifadə etdiyini izah edib.

“2022-ci ildə, martda Ukrayna və Moldova ilə birlikdə namizəd statusu tələb etdik. Bizim müraciətimiz rədd edildi, bu, böyük səhv və ədalətsizlik idi, bunun üçün əsas yox idi. Daha sonra, Avropa Komissiyası Gürcüstan və digər ölkələrlə bağlı qiymətləndirməsini dərc etdi, Gürcüstan Moldovadan irəlidə idi, Bosniyadan daha yaxşı vəziyyətdə idi, hərçənd Gürcüstanın müraciəti rədd edilmişdi. Bu faktdan bəzi iştirakçı tərəflər – daxili müxalifət və Avropa mənbələri, eləcə də digər mənbələr tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları istifadə etdilər. Onlar Gürcüstanın namizəd statusu almaması faktından irəli gələrək inqilab təşkil etməyə çalışdılar, bu da qəribə faktlar silsiləsi idi. Bir il yarım ərzində namizəd statusunu almaq üçün mübarizə aparmalı olduq. Çox böyük mübarizədən keçdik. Bizim doqquz bəndlik tapşırığımız, Avropa Komissiyasının təqdim etdiyi gündəmimiz var idi. Biz bu gündəmə sadiq idik.

Qərar o idi ki, gündəmdə üzvlük prosesinin başlanması olmayacaqdı. Bu, mənim şəxsi bəyanatım idi, lakin biz vurğuladıq ki, əgər Avropa Komissiyası üzvlük danışıqlarına başlamaq qərarına gəlsə, biz dərhal qoşulacağıq, lakin sonda biz yox, məhz Avropa Komissiyası Gürcüstanla siyasi dialoqu 2024-cü ilin iyununda – bizim bu bəyanatı verməyimizdən əvvəl dayandırmaq qərarına gəldi. Biz Avropa Komissiyasının ümumi siyasətinə, ümumi ədalətsiz siyasətinə cavab verdik. Biz anladıq ki, Avropa Komissiyası birinci mərhələdə namizəd statusu məsələsindən, növbəti mərhələdə isə qoşulma, danışıqlar məsələsindən Gürcüstanı şantaj etmək üçün, Gürcüstan cəmiyyətini şantaj etmək üçün istifadə edirdi” – İrakli Kobaxidze qeyd edib.

Oxşar