İrakli Kobaxidze Avropa İttifaqı Şurasının sədri olan ölkənin, Macarıstanın Baş naziri Viktor Orbanla görüşdü
İrakli Kobaxidze Avropa İttifaqı Şurasının sədri olan ölkənin, Macarıstanın Baş naziri Viktor Orbanla görüşdü

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı Şurasının sədri olan ölkənin, Macarıstanın Baş naziri Viktor Orbanla görüşdü.

Təkbətək görüşdə Gürcüstan və Macarıstan arasında ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə baş nazir Orbanın səfərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu, Macarıstanın Gürcüstanın prioritetlərinə olan dəstəyini təsdiqləyir.

Baş nazir qeyd edib ki, Avropa İttifaqına inteqrasiya Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biridir. İrakli Kobaxidze Viktor Orbana Avropaya inteqrasiya yolunda dəstəyə görə təşəkkür edib və Gürcüstan tərəfindən namizəd statusunun alınması prosesində Macarıstanın xüsusi rol oynadığını qeyd edib.

Təkbətək görüşdən sonra danışıqlar genişləndirilmiş formatda davam edib. Müxtəlif sahələrdə əməkdaşlığın konkret təşəbbüslərini, o cümlədən ticarət-iqtisadi əlaqələrin sonrakı genişləndirilməsi məsələlərini müzakirə ediblər. Macarıstanla ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə Gürcüstan və Macarıstan arasında investisiya sahəsində əməkdaşlıq haqqında sazişin əhəmiyyəti qeyd edilib. Turizm sahəsində əməkdaşlıqdan və bu istiqamətdə müsbət dinamikadan danışıblar. Gürcüstan və Macarıstan tərəfindən həyata keçirilən birgə layihələrə toxunulub. Qara dəniz kabel layihəsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə də oxşar layihələrin həyata keçirilməsinə böyük diqqət yetiriləcəyi qeyd edilib.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.