İrakli Kobaxidze - Avropa İttifaqı Şurasının qərarı birmənalı olaraq Avropa strukturlarının etibarını sarsıdan anti-gürcü addımı kimi qiymətləndirilməlidir
Avropa İttifaqı Şurasının qərarı birmənalı olaraq gürcü cəmiyyətinin idrakında Avropa strukturlarının etibarını sarsıdan anti-gürcü addımı kimi qiymətləndirilməlidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında bildirib.
Baş nazir deyib ki, gürcü cəmiyyətinin idrakında Avropa strukturlarının daim devalvasiya yaşaması belə qərarların nəticəsidir.
“Avropa İttifaqının Xarici İşlər Şurasının dünənki qərarına münasibət bildirmək istərdim. Şuranın verdiyi yeganə tövsiyə diplomatik pasport sahibləri üçün viza rejimi prosedurunun tətbiqinə başlamaq ilə bağlıdır. Bu tövsiyənin də mahiyyətcə rəmzi əhəmiyyət daşımasına baxmayaraq, bu, birmənalı olaraq gürcü cəmiyyətinin idrakında Avropa strukturlarının etibarını sarsıdan anti-gürcü addımı kimi qiymətləndirilməlidir.
Avropa strukturlarının gürcü cəmiyyətinin idrakında daim devalvasiya yaşaması məhz belə qərarların nəticəsidir, bu da ciddi problemdir.
Bilirsiniz ki, indilərdə Avropa İttifaqı tərəfindən “Eurobarometer”in sorğusu keçirilib və ona əsasən, son altı ay ərzində Gürcüstanda Avropa strukturlarına inam 6%-lə azalıb. Məhz belə qərarlar gürcü cəmiyyətinin Avropa strukturlarına etibarını azaldır” – baş nazir bildirib.