İrakli Kobaxidze – Avropa bürokratiyasına bir daha təsdiqləyirik ki, hazırıq bütün mövzular üzrə sağlam diskussiya aparmağa, onlardan isə bu günə qədər belə müzakirədən qaçırlar, çünki həqiqət onların tərəfində deyil
İrakli Kobaxidze – Avropa bürokratiyasına bir daha təsdiqləyirik ki, hazırıq bütün mövzular üzrə sağlam diskussiya aparmağa, onlardan isə bu günə qədər belə müzakirədən qaçırlar, çünki həqiqət onların tərəfində deyil

Avropa bürokratiyasına bir daha təsdiqləyirik ki, bütün mövzularla bağlı sağlam diskussiya aparmağa hazırıq, lakin onlar bu günə qədər belə müzakirədən qaçırlar, çünki həqiqət onların tərəfində deyil, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, istənilən sağlam diskussiya açıq və şəffaf şəkildə aparılmalıdır.

“Biz Avropa bürokratiyasına bir daha təsdiqləyirik ki, bütün mövzularla bağlı sağlam diskussiya aparmağa hazırıq. Biz heç bir məsələdən yayınmırıq, amma istəyirik ki, sağlam diskussiya bütün mövzularla bağlı olsun. Görürsünüz ki, bu günə qədər Avropa bürokratiyası belə sağlam diskussiyadan qaçır, çünki həqiqət onların tərəfində deyil, həqiqət bizim tərəfimizdədir. Biz tamamilə sağlam qanunlar qəbul etmişik, tamamilə sağlam addımlar atmışıq, ölkəmizdə qanunun aliliyini və demokrasiyanı möhkəm şəkildə qoruyuruq. O cümlədən, heç kimə imkan vermirik ki, xaricdən hakimiyyəti dəyişsinlər, bizə inqilab təşkil etsinlər və seçkilərimizə müdaxilə etsinlər. Hadisələrin inkişafı bu cür davam edəcək, təbii ki. Biz istənilən sağlam diskussiyaya açığıq, ancaq bu açıq, şəffaf və ictimai şəkildə baş verməlidir,” – deyə Kobaxidze bəyan edib.