İrakli Kobaxidze – Avropa bürokratiyası yeni yalan standartını bərqərar edib, bu da çox təəssüf doğurur, ATƏT-in son qətnaməsi də Avropa bürokratiyasının müəyyən etdiyi standartın daha bir təzahürüdür

20:27, 14.07.2026

 

Bu gün artıq Avropa standartının nə olduğundan danışmaq çox çətindir, çünki Avropa bürokratiyası tamamilə yeni yalan standartını bərqərar edib, bu da çox acınacaqlı və çox təəssüf doğurur, ATƏT-in son qətnaməsi də bu yeni Avropa bürokratiyasının müəyyən etdiyi standartın daha bir təzahürüdür – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə jurnalistlərə deyib.

Onun sözlərinə əsasən, bu sənəd ənənəvi Avropa standartlarına heç bir şəkildə cavab vermir.

“Məhz bu problemlər, nəticə etibarilə, Avropada həm kimlik baxımından – bilirsiniz ki, Avropada kimliyin qorunub saxlanılması baxımından necə ağır meyllər var – həm də iqtisadi cəhətdən bir çox fəsadlar yaradır. Avropada çox ağır meyllər mövcuddur və Avropa miqyasında gördüyümüz bu mənfi tendensiyalar məhz bu cür yanlış yanaşmaların, o cümlədən ədalətsizliyin və ikili standartların nəticəsidir” – baş nazir qeyd edib.

Oxşar