İrakli Kobaxidze Atoneli Prezident Sarayında daxili işlər nazirinin və polisin digər rəhbər şəxslərinin Şərəf ordeni ilə təltif edilməsi mərasimində iştirak edib
İrakli Kobaxidze Atoneli Prezident Sarayında daxili işlər nazirinin və polisin digər rəhbər şəxslərinin Şərəf ordeni ilə təltif edilməsi mərasimində iştirak edib

 

Gürcüstanın Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvilinin birgə təqdimatı əsasında vitse baş nazir, daxili işlər naziri, general-polkovnik Vaxtanq Qomelaurini və polisin digər rəhbər şəxslərini qanunun və asayişin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Şərəf ordeni ilə təltif edib.

Atoneli Prezident Sarayında keçirilən mükafatlandırma mərasimində baş nazir və parlamentin sədri iştirak ediblər.

İrakli Kobaxidze polisin rəhbər şəxslərini Gürcüstanın Dövlət Mükafatı – Şərəf ordeni ilə təltif edilmələri münasibətilə təbrik edib və onlara ölkə qarşısında xidmətlərinə görə təşəkkür edib.